2026/2027-ci tədris ili üzrə qəbul müsabiqəsinin ixtisas və məktəb seçimi nəticələri elan olunub.
Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.
Bildirilib ki, nazirliyin tabeliyində fəaliyyət göstərən incəsənət məktəb və mərkəzlərinə I sinif üzrə şagird qəbulu müsabiqəsinin ixtisas və məktəb seçimi mərhələsinin nəticələri açıqlanıb.
Namizədlər nəticələri qeydiyyatdan keçdikləri “MyCulture” vahid şəxsi kabineti və exam.culture-az portalı vasitəsilə əldə edə bilərlər.
Qəbul olunan namizədlər tələb olunan sənədləri 15 avqust 2026-cı il saat 18:00-dək “MyCulture” şəxsi kabinetində müvafiq bölməyə yükləməklə qəbullarını təsdiqləməlidirlər.
Qafqazinfo.