İtaliya Hərbi Dəniz Qüvvələrinin komandanı azərbaycanlı kursantı təltif edib

Milli Müdafiə Universitetinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitutun Hərbi Dəniz fakültəsini fərqlənmə diplomu ilə bitirən kursant Əlikram Əkrəm oğlu Abbaslı İtaliya Hərbi Dəniz Qüvvələri komandanı, admiral Quzeppe Berutti Berqotto tərəfindən imzalanmış sertifikat və xatirə hədiyyəsi ilə təltif olunub.

Mərasim Azərbaycan və İtaliya müdafiə nazirləri arasında Hərbi Dəniz Qüvvələrinin şəxsi heyətinin təlim və təhsili sahəsində əməkdaşlıq haqqında Niyyət Protokolu çərçivəsində baş tutub.

Report.