“İstisu” içəcəyik, öz suyumuzu” – Prezidentlərin yolu ilə

“İstisu” içəcəyik, öz suyumuzu”  – Prezidentlərin yolu ilə

Diplomatik korpusun nümayəndələri Qarabağa səfərlərinin ikinci günündə Kəlbəcərdə olublar.

Onlar “İstisu” mineral sudoldurma zavoduna baxış keçiriblər.

Baxış zamanı Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə iranlı səfirin dialoqu maraqla qarşılanıb.

“Keçən dəfə Bişkek şəhərində  Prezident İlham Əliyevlə İran Prezidenti Məsud Pezeşkian gözəl bir ənənənin əsasını qoydular. Onlar qərara gəldilər ki, ancaq Kəlbəcər suyu içəcəyik, “İstisu”. Başqa sözlə desək öz suyumuzu içəcəyik. Bu gün də İran İslam Respublikasının səfiri Dəmirçi ilə İstisu zavodundayıq. Biz də qərara gəldik ki, prezidentlərimizin yoluna davam olaraq Kəlbəcər suyu içək”, – Hikmət Hacıyev bildirib.

Qafqazinfo.