İstanbulda qapalı məkanlarda siqaret qadağasının pozulmasına görə, son 5 ildə müəssisələrə 694 milyon 666 min 994 lirə (14 milyon 740 min dollar) inzibati pul cəriməsi tətbiq edilib.
Bu barədə “TRT Haber” məlumat yayıb.
“2022-2026-cı illər ərzində şəhərdəki 681 müəssisəyə müvəqqəti cəriməsi tətbiq edilib”, – məlumatda bildirilib.
Xatırladaq ki, Türkiyədə 2008-ci ildə ictimaiyyətə açıq bütün qapalı məkanlarda tütün məmulatlarının istifadəsi qadağan edilib.
Müvafiq qanunun əhatə dairəsinin genişləndirilməsi ilə yanaşı, 19 iyul 2009-cu il tarixindən etibarən özəl hüquq şəxslərinə məxsus olan restoranlarda da tütün məmulatlarının istifadəsi qadağan olunub. Bu çərçivədə, yaşayış üçün nəzərdə tutulmuş evlər istisna olmaqla, bütün qapalı məkanlarda siqaret qadağası tətbiq olunub.