İstanbulda leysandan sonra yaranan seldə ölənlərin sayı 4-ə çatıb

Türkiyənin İstanbul şəhərində aramsız yağışlardan sonra yaranan seldə ölənlərin sayı 4-ə çatıb.

Bu barədə Türkiyə mediası məlumat yayıb.

Qeyd olunub ki, iki gündür axtarışları davam edən 4 itkindən birinin nəşi sel sularından çıxarılıb.

Məlumat üçün bildirək ki, bir neçə gündür, Türkiyənin bir sıra şəhərlərində davam edən aramsız yağışlar ciddi fəsadlar törədib.

İstanbulla yanaşı, Zonquldak, Yalova, Kocaeli, Düzce və Sakarya vilayətlərində bütün təhsil müəssisələrində dərslər iki günlük dayandırılıb.

Report.