İstanbulda baş verən yanğında 42 nəfər zəhərlənib

İstanbulda baş verən yanğında 42 nəfər zəhərlənib

Türkiyənin İstanbul şəhərində yanğın baş verib, 42 nəfər tüstüdən zəhərlənib.

Bu barədə “Haber Global” məlumat yayıb.

İstanbulun Esenyurt rayonunda bir yaşayış kompleksinin dayanacağında baş verən yanğın 28 mərtəbəli binaya keçib, 42 nəfər tüstüdən zəhərlənib.

“Yanğın saat 19.15 radələrində Yeşilkent məhəlləsində baş verib. İddiaya görə, bir yaşayış kompleksinin dayanacağındakı avtomobil hələlik məlum olmayan səbəbdən alışıb, yanğın qısa müddətdə 28 mərtəbəli binaya keçib”, – məlumatda bildirilib və əlavə edilib ki, Fəlakət və Fövqəladə Halların İdarə olunması Agentliyinin (AFAD) qrupları əraziyə cəlb olunub.

Bundan sonra yanğın söndürülüb:

Report.