İstanbulda avtobusun alışması nəticəsində ölən və yaralananlar var

İstanbulda avtobusun alışması nəticəsində ölən və yaralananlar var

Türkiyənin İstanbul şəhərində sərnişin avtobusun baryerə çırpılıb alışması nəticəsində iki nəfər ölüb, biri ağır olmaqla, səkkiz sərnişin yaralanıb.

Yaralılar xəstəxanaya çatdırılıb.

İddiaya görə, yağışlı hava səbəbindən sürüşkən yolda sürücünün idarəetməni itirdiyi Diyarbəkir – İstanbul reysini həyata keçirən 23 AFA 634 dövlət nömrə nişanlı sərnişin avtobusu baryerə çırpılıb.

Report.