İstanbulda avtobus qəzaya uğrayıb, ölən və 20-yə yaxın yaralı var

Türkiyənin İstanbul vilayətində baş verən yol qəzasında 1 nəfər ölüb, 17 nəfər yaralanıb.

Məlumata görə, sürücünün idarəetməni itirməsi nəticəsində avtobus yaşayış komplekslərindən birinin həyət divarına çırpılıb.

Hadisə yerinə yanğınsöndürənlər, polis və təcili tibbi yardım briqadaları cəlb olunub. Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb, onlaradan ikisinin vəziyyəti ağırdır.

Report.