Türkiyənin İstanbul şəhərində aramsız yağışlardan sonra yaranan seldə ölənlərin sayı 5-ə çatıb.
Bu barədə Türkiyə mediası məlumat yayıb.
Məlumata görə, daha üç nəfər itkin düşüb. Daxili işlər naziri Mustafa Çiftçi itkin düşənlərdən birinin sağ tapıldığını açıqlayıb.
Qeyd edək ki, artıq bir neçə gündür, Türkiyənin bəzi şəhərlərində davam edən aramsız yağışlar ciddi fəsadlara yol açıb. Yağışların davam edəcəyi bildirilir.
İstanbulla yanaşı, Zonquldak, Yalova, Kocaeli, Düzce və Sakarya vilayətlərində təhsil müəssisələrində dərslər iki günlük dayandırılıb.
Bu, İstanbula 84 ildən sonra ilk leysandır.
Report.