İsrail parlamenti (Knesset) qondarma “erməni soyqırımı”nın tanınmasına dair səsverməni dayandırıb.
Bu haqda JNS öz mənbələrinə istinadən xəbər yayıb.
Bildirilib ki, Nazirlər Kabineti bu təşəbbüsü təxminən bir ay əvvəl təsdiqləsə də, məsələ üzrə parlament səsverməsi təxirə salınıb.
Qeyd edək ki, bu günlərdə məhz Azərbaycanın müdaxiləsi ilə İsrailin geri addım atdığına dair yerli mediada məlumat yayılmışdı.