İsrail qüvvələri “Hizbullah”a məxsus böyük yeraltı obyekti dağıdıb

İsrail qüvvələri “Hizbullah”a məxsus böyük yeraltı obyekti dağıdıb

İsrail qüvvələri Livanın cənubunda “Hizbullah”a məxsus böyük yeraltı obyekti dağıdıb.

Bu barədə İsrailin Baş naziri Binyamin Netanyahu və müdafiə naziri İsrael Katsın birgə bəyanatında bildirilib.

Onların məlumatına görə, obyekt Məcdəl Zun şəhəri yaxınlığında yerləşib. Belə ki, 200 metrdən çox uzunluğunda və 25 metrdən çox dərinlikdə yerləşən tuneldə yüzlərlə silah və İsrail ərazisinə zərbələr endirmək üçün nəzərdə tutulmuş bir neçə buraxılış qurğusu olub.

Report.