ISNA: Urmiya gölündə suyun səviyyəsindəki azalma dayanıb

ISNA: Urmiya gölündə suyun səviyyəsindəki azalma dayanıb

Urmiya gölünün su səviyyəsindəki azalma tendensiyası dayanıb.

Bu barədə İranın Şərqi Azərbaycan vilayətinin Regional Su Şirkətinin su ehtiyatları üzrə baza tədqiqatları şöbəsindən bildirilib.

“Urmiya gölünün su səviyyəsinin düşməsinin dayanması hidroloji baxımdan diqqətəlayiq bir hadisədir”, – şöbədən vurğulanıb.

Əlavə olunub ki, bu vəziyyət gölün son yağıntılara verdiyi müsbət reaksiyanın əlaməti ola bilər:

“Su səviyyəsinin azalma tendensiyasının dayanması Urmiya gölünün vəziyyətində müsbət bir göstərici hesab olunur”.

Report.