Hörmüz boğazında neft tankeri hücuma məruz qalıb
Bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Əməliyyatları Mərkəzi (UKMTO) məlumat yayıb.
Qeyd olunub ki, bir neft tankeri Hörmüz boğazı vasitəsilə Fars körfəzinə doğru hərəkət edərkən hava hücumuna məruz qalıb.
Hücumun kim tərəfindən həyata keçirildiyi açıqlanmır.
Daha əvvəl İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin yaydığı bəyanatda bildirilib ki, su yolunun açıq olduğu barədə ABŞ rəsmilərinin bəyanatları həqiqəti əks etdirmir.
Report.