İsmayıllıda zəncirvari avtoqəza baş verib, xəsarət alanlar var

İsmayıllıda zəncirvari avtoqəza baş verib, xəsarət alanlar var

İsmayıllıda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Babaxan adlanan ərazisində qeydə alınıb.

Belə ki, “Mercedes” markalı yük avtomobili ilə “Volkswagen” və “VAZ1107” markalı avtomobillər toqquşub. Hadisə nəticəsində 3 nəfər müxtəlif dərəcəli ağır bədən xəsarətləri alaraq İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Report.