İsmayıllı rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
“Opel” markalı avtomobillə motosikletin toqquşması nəticəsində minik avtomobilində olan 2 nəfər, eləcə də, motosikletin sürücüsü ölüb.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.
Mübariz Muradov
Qafqazinfo.