İranla Pakistanın Birgə Ticarət Komitəsinin İslamabadda keçirilən 10-cu iclasında ticarət əməkdaşlığının genişləndirilməsi üzrə anlaşma memorandumu imzalanıb.
Məlumatı İRNA yayıb.
Bildirilib ki, İslamabadda imzalanan memorandumda ikitərəfli ticarətin 10 milyard dollarlıq hədəf göstəricisinə nail olunması və azad ticarət sazişinin imzalanması istiqamətində irəliləyiş üzrə qarşılıqlı öhdəlik açıqlanıb.
Məlumata görə, görüşdə İranın sənaye, mədən və ticarət naziri Məhəmməd Atabək və pakistanlı həmkarı Cam Kamal Xan iştirak ediblər.
Report.