İranla ABŞ arasında operativ əlaqə kanalı yaradılır

İranla ABŞ arasında operativ əlaqə kanalı yaradılır

ABŞ ilə İran arasında anlaşma memorandumunun müşahidə qrupunun operativ əlaqə kanalı yaradılır.

Bunu Dohada Qətər, İran və Pakistanın iki iclası barədə danışan İranın xarici işlər nazirinin müavini Kazım Qəribabadi deyib.

“Qərara alınıb ki, müşahidə qrupunun operativ əlaqə kanalı sabaha qədər yaradılsın və anlaşma memorandumunun çatışmazlıqları rəsmi, sənədli şəkildə diqqətə çatdırılsın, müzakirə edilsin və qərarlar qəbul olunsun”, – o bildirib.

Report.