İranın vitse-prezidenti Məhəmmədrza Aref ölkə əhalisindən gəlirləri və xərcləri arasında fərq olduğu üçün üzr istəyib.
Vitse-prezident bu barədə İran Universitet Professorları Assosiasiyasının Həmkarlar İttifaqı toplantısında bildirib.
Məhəmmədrza Aref ölkədəki vəziyyətlə bağlı deyib: “Biz xalqdan gəlirləri və xərcləri fərqli olduğu üçün üzr istəyirik, utanırıq”.
Vitse-prezident ABŞ-nin Anlaşma Memorandumunun şərtlərini yerinə yetirəcəyinə ümidvar olduğunu qeyd edib.
Report.