İranın müdafiə naziri ABŞ-nin ən böyük qeyri-nüvə bombasına qarşı tədbirlərin görüldüyünü bildirib

İranın müdafiə naziri ABŞ-nin ən böyük qeyri-nüvə bombasına qarşı tədbirlərin görüldüyünü bildirib

İran ordusu “Bombaların anası”na qarşı lazımi tədbirlər görüb.

Bu barədə İranın yeni müdafiə naziri Mehrdad Əxlaqi Kitabçi bildirib.

“Bombaların anası”na qarşı mübarizə aparmaq üçün lazımi tədbirləri görmüşük və rahatıq. İşimizi əminliklə davam etdiririk”, – o deyib.

Kitabçinin sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp amerikalı hərbçiləri bölgədən çıxarmalıdır:

“Əgər bir bomba atarsa, təhdidlərini şüardan əmələ çevirərsə, bunun nəticəsini görəcək”.

Report.