ABŞ ordusu İranın İlam vilayətinin Dehluran şəhərinin Musian rayonundakı mineral su istehsalı müəssisəsinə hücum edib.
Bu barədə məlumat “Tasnim” agentliyində yayılıb.
“Mineral su istehsalı müəssisəsinə üç mərmi atılıb”, – məlumatda bildirilib.
Qeyd edilib ki, hücum nəticəsində tələfat olmayıb, lakin müəssisəyə maddi ziyan dəyib.
Report.