İranın hərbi obyekti iki dəfə hücuma məruz qalıb

İranın hərbi obyekti iki dəfə hücuma məruz qalıb

İranın strateji liman şəhəri olan Kənarakda Hərbi Dəniz Qüvvələrinin (HDQ) obyekti iki mərhələdə hücuma məruz qalıb.

Bu barədə şəhərin qubernatoru Məhəmməd Yunis Həqqani məlumat yayıb.

“Axşam saatlarında bu ərazi düşmən (ABŞ) qırıcıları tərəfindən iki mərhələdə hücuma məruz qalıb”, – o bildirib.

Həqqani əlavə edib ki, təhlükəsizlik qüvvələri hadisə yerindədir:

“Hazırda bu hücumla bağlı araşdırma aparılır.”

Report.