İranın Cask limanı yaxınlığında partlayış səsi eşidilib

İranın Cask limanı yaxınlığında partlayış səsi eşidilib

İranın liman şəhəri olan Caskda partlayış səsi eşidilib.

Partlayışlar saat 21:45 (Bakı vaxtı ilə 22:15) radələrində qeydə alınıb.

“Yerli mənbələr səsin dəniz istiqamətindən və “Qara daş” bölgəsi yaxınlığından eşidildiyini, partlayışın iki mərhələdə və qısa fasilə ilə baş verdiyini bildirirlər”.

Partlayış səsinin təfərrüatları barədə məlumat açıqlanmayıb.

Report.