İranın 300-dən çox biznes nümayəndəsi Rusiyada səfərdədir

İranın 18 əyalətindən olan 300-dən çox biznes nümayəndəsi iki beynəlxalq sərgidə iştirak etmək üçün Rusiyada səfərdədir.

Məlumatı İRNA yayıb.

Bildirilib ki, Rusiya nümayəndələri İranın balıqçılıq və baytarlıq təşkilatlarının rəhbərləri ilə görüşdə iki ölkə arasında ticarətin artırılması üçün praktiki həll yollarını müzakirə ediblər.

İnformasiyaya əsasən, Rusiya Beynəlxalq Qida və İçki Sənayesi Sərgisi sentyabrın 14-dən 17-dək Moskvada, Beynəlxalq Balıqçılıq və Akvakultura Sərgisi isə sentyabrın 15-dən 17-dək Sankt-Peterburqda keçiriləcək.

Report.