İrana qarşı atılan addımlar cavabsız qalmayacaq.
Bunu İran parlamentinin milli təhlükəsizlik komissiyasının sədri İbrahim Əzizi deyib.
O, İrana edilən hər hansı bir hücumun həmişə nəticələrə səbəb olduğunu vurğulayıb və bildirib ki, Tehran ona qarşı yönəlmiş hərəkətləri cavabsız qoymayacaq:
“ABŞ və İsrail bunu yaxşı bilir. Ukrayna da tezliklə başa düşəcək. Öz hesablamalarında səhvə yol verənlərin siyahısı artmaqda davam edir”.
Xatırladaq ki, İranın xarici işlər naziri Abbas Əraqçi də sosial şəbəkə səhifələrində Ukraynanın ticarət gəmisinə hücumunun cavabsız qalmayacağını vurğulayıb.
“Al Jazeera”nın yaydığı yazıda isə İranın Ukraynaya dron və raketlə hücumunun texniki cəhətdən mümkün olduğu qeyd olunub.
Report.