İranın ali rəhbəri Müctəba Xaməneinin qardaşı Möhsün Xaməneinin qaynı, “Ənsari-Hizbullah” dini-siyasi təşkilatın (“Hizbullah”ın İran qolunun) baş katibi Məhəmməd Baqer Xərrazi həbs edilib.
Bunu İslam respublikası məhkəmə hakimiyyətinin mətbuat katibi Məhəmməd Kazemi bildirib.
Onun sözlərinə görə, bir sıra qurumların şikayəti və məhkəmənin qərarı əsasında Ruhanilərin İşləri üzrə Xüsusi Prokurorluqda həbsdə saxlanılır: “O, həbs edilib və istintaq təcridxanasında saxlanılır”.
Xatırladaq ki, bu ilin avqustunda Məhəmməd Baqer Xərrazinin saxlanılmasına dair məlumat yayılmışdı.
O, 1961-ci il iyunun 26-da İranın Qum şəhərində anadan olub. Bacısı Müctəba Xameneinin qardaşı Məsud Xameneinin həyat yoldaşıdır.
Report.