İranda su və enerji istehlakı üzrə model müəyyənləşdiriləcək

İranda bütün əyalətlər üzrə su və enerji istehlakı ilə bağlı konkret model müəyyənləşəcək.

Bunu İranın vitse-prezidenti səlahiyyətlərini icra edən Məhəmməd Cəfər Qaimpənah bildirib.

O, su və enerji istehlakının idarə edilməsi üzrə təlimatın həyata keçirilməsi üçün icra orqanlarına konkret vəzifələrin həvalə edilməsinin vacibliyini vurğulayaraq bütün əyalətlər üçün istehlak modelinin hazırlanmasını və hədəf göstəricilərin müəyyənləşdirilməsini elan edib.

Vurğulanıb ki, iyulun 30-da su və enerji istehlakının idarə edilməsi, monitorinqi və optimallaşdırılması üzrə təlimatın, həmçinin bu təlimatın həyata keçirilməsində iştirak edən qurumların planlarının nəzərdən keçirilməsi üçün icraçı vitse-prezident Məhəmməd Cəfər Qaimpənahın iştirakı ilə müşavirə keçirilib.

Report.