İranda əlillərə müavinətlərin ödənilməsi dayandırılıb

İranda əlillərə müavinətlərin ödənilməsi dayandırılıb

İranda büdcədə maliyyə vəsaiti çatışmazlığı səbəbindən aylıq əlillik müavinətlərinin ödənilməsi dayandırılıb.

Bu barədə İran Dövlət Sosial Təminat Təşkilatından bildiriblər.

Məlumata görə, sosial xidmətlər və gigiyena vasitələri üçün subsidiyaların ödənilməsi də gecikdirilir.

İLNA agentliyinin araşdırmasına əsasan, ödənişlərin azaldılması İslam Respublikası hakimiyyətinin dərinləşən iqtisadi böhran fonunda sosial təminat sistemi himayəsində olan vətəndaşlara, xüsusilə əlilliyi olan insanlara dəstək göstərmək iqtidarında olmadığını göstərir.

Report.