İranda dövlət qurumlarında xarici messencerlərdən istifadəyə qoyulan qadağa ləğv edilib

İranda dövlət qurumlarında xarici messencerlərdən istifadəyə qoyulan qadağa ləğv edilib

İran hakimiyyəti dövlət qurumlarında xarici messencerlərdən istifadəyə qoyulmuş qadağanı aradan qaldırıb.

Bu barədə İran İslam Respublikası hökumətinin nümayəndəsi Fatimə Mohacərani məlumat verib.

“Son bir neçə gün ərzində qəbul etdiyimiz və informasiya müharibəsində daha güclü mövqe tutmağımıza kömək edən qərarlardan biri dövlət qurumlarının xarici messencerlərdə fəaliyyətinə qoyulmuş qadağanın ləğv edilməsidir”, – deyə o, mətbuat konfransında bildirib.

Mohacərani vurğulayıb ki, bu, dövlət qurumlarında xarici messencerlər vasitəsilə xidməti yazışmaların aparılacağı anlamına gəlmir: “Çünki əvvəllər bəzi sənədlər həqiqətən də bəzən xarici messencerlərə sızırdı”.

Report.