İranda “Boeing 737” texniki nasazlıq səbəbindən məcburi eniş edib

İranda “Boeing 737” texniki nasazlıq səbəbindən məcburi eniş edib

İranın Sepahan aviaşirkətinə məxsus Boeing 737 sərnişin təyyarəsi şassi ilə bağlı yaranan problem və mühərrikin ehtimal olunan zədələnməsi səbəbindən Məşhəd şəhərində məcburi eniş edib.

Hadisə Məşhəd–Kermanşah reysi zamanı baş verib. Pilot uçuş zamanı fövqəladə vəziyyət elan edib və təyyarə geri qayıdaraq Məşhəd hava limanına enib.

Hadisədən sonra hava limanının uçuş-enmə zolaqlarından biri müvəqqəti olaraq bağlanıb.

Report.