İrana Məkkə sazişinə qoşulmaq təklifi verilib

İrana Məkkə sazişinə qoşulmaq təklifi verilib

İran kollektiv müdafiə haqqında Məkkə sazişinə qoşulmaq üçün dəvət alıb.

“Report”un verdiyi məlumata görə, bunu İran parlamentinin mətbuat xidmətinin rəhbəri Mehdi Rəhimi Al Mayadeen telekanalına müsahibəsində bildirib.

Rəhimiyə görə, İran hakimiyyəti hazırda bu təklifi nəzərdən keçirir. O, həmçinin vurğulayıb ki, region ölkələri arasında “təhlükəsizlik çətiri”nin yaradılması İranın maraqlarına uyğundur. Rəhimiyə görə, Tehran uzun müddətdir ki, buna çağırış edir.

Onun sözlərinə görə, ABŞ region ölkələrinin təhlükəsizliyini təmin etmək barədə verdiyi vədləri yerinə yetirmək əvəzinə, onların təhlükəsizliyini təhdid edir.

Report.