Qətər və Pakistan İslamabad memorandumunun öhdəliklərinin icrasına qayıtmağa çalışır.
Bunu İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi deyib.
Onun sözlərinə görə, İran Qətər və Pakistanla təmasdadır və bu təməslar həmin ölkələrin danışıqlarda vasitəçi rolu nəzərə alınaraq həyata keçirilib.
“Qətər və Pakistanın səyi İslamabad anlaşmasının öhdəliklərinin icrasına qayıtmağın mümkün olub-olmadığını araşdırmaq idi”, – Qəribabadi bildirib.
Bundan başqa, Qəribabadi qeyd edib ki, İran Hörmüz boğazı ilə bağlı Omanla əldə olunmuş anlaşmanı icra etməyə hazırdır, lakin əsas məsələ ABŞ-nin öz öhdəliyini yerinə yetirməsidir.
Report.