İran Xarici İşlər Nazirliyi Böyük Britaniyanın Xarici Kəşfiyyat Xidməti (MI6), Hərbi Dəniz Qüvvələri (Royal Navy) və Kral Hərbi Hava Qüvvələrini (Royal Air Force – RAF) terror təşkilatları kimi tanıyıb.
Bu barədə İslam Respublikasının XİN-i bəyanat yayıb.
“Bu bəyanatın dərc edildiyi vaxtdan Britaniyanın Xarici Kəşfiyyat Xidməti (MI6) Milli təhlükəsizlik və maraqlara qarşı casusluq, İsrail və düşmən ölkələrlə əməkdaşlığa görə cəzanın sərtləşdirilməsi haqqında qanunun 1-ci maddəsinin 2-ci bəndinə əsasən düşmən qrup kimi qəbul edilir.
Bu bəyanatın dərc edildiyi vaxtdan Kral Hərbi Dəniz Qüvvələri (Navy Royal) və Kral Hərbi Hava Qüvvələri (Royal Air Force – RAF) İslam İnqilabı Keşikçiləri Korpusunun Amerika Birləşmiş Ştatları tərəfindən terror təşkilatı elan edilməsinə qarşı cavab tədbiri haqqında qanuna tabe edilir və buna əsasən bu iki qurum terror təşkilatları kimi tanınır”.