İranın Xarici İşlər Nazirliyi (XİN) bu ölkənin tanklerlərinə ABŞ-nin hücumunu qınayıb.
Bu barədə İran XİN-in bəyanatında qeyd olunub.
“ABŞ-nin İrana qarşı hərbi təcavüzünün davamı, dəniz mühasirəsi və iqtisadi müharibəsinin bir hissəsi kimi törədilən bu qeyri-qanuni hərəkətlər BMT Nizamnaməsinin 2-ci maddəsinin 4-cü bəndinin açıq şəkildə pozulması, müharibə cinayəti və beynəlxalq sülhə, eləcə də ticarət gəmiçiliyinin təhlükəsizliyinə qarşı açıq bir təhdiddir”, İran XİN-dən bildirilib.
Bəyanatda İranın suverenlik və milli maraqları müdafiə edəcəyi xatırladılıb:
“ABŞ-ni regiondakı təcavüzkar və müdaxiləçi hərəkətlərinin davam etməsi nəticəsində yaranan fəsadların məsuliyyəti Amerikanın, onun şərikləri və tərəfdaşlarının üzərinə düşəcək”.