İran və Rusiya nüvə reaktorlarının inşası protokolunu yekunlaşdırır

İran və Rusiya nüvə reaktorlarının inşası protokolunu yekunlaşdırır

İranla Rusiya kiçik nüvə reaktorlarının inşası protokolunu yekunlaşdırır.

Bu barədə məlumatı İranın Atom Enerjisi Təşkilatı (İAET) açıqlayıb.

“Kiçik modul reaktorlarının inşası üçün Rusiya ilə əməkdaşlıq davam edir və tikinti prosesini sürətləndirmək üçün Moskva ilə protokol imzalanacaq”, – İAET-dən bildirilib.

Təşkilatın sözçüsü Bəhruz Kamalvəndi bildirib ki, ölkənin nüvə sənayesi inkişaf edib və hazırda nüvə elektrik stansiyalarının inşası sahəsində özünü təmin edəcək səviyyədədir: “Siyasi təzyiqlər İranın bəzi nüvə layihələrinin planlaşdırıldığı kimi irəliləməsinə mane olub və Əhvazda inşası davam edən Darxovin atom elektrik stansiyası (AES) son müharibə zamanı hədəf alınıb”.

Onun sözlərinə görə, Buşehr AES indiyədək təxminən 86 milyon ton çirkləndiricinin emissiyasının qarşısını alıb və 132 milyon barel neft istehlakına qənaət edib:

Report.