İran Trampın Tehranın ABŞ vətəndaşını azad etməsi barədə açıqlamasını təkzib edib

İran Trampın Tehranın ABŞ vətəndaşını azad etməsi barədə açıqlamasını təkzib edib

İranın məhkəmə orqanları Tehranın hər hansı amerikalı məhbusu azad etməsi barədə məlumatları təkzib edib.

Bu barədə yerli media orqanları xəbər verib.

“Yoxlamaların nəticələrinə görə (ABŞ Prezidenti Donald -red) Trampın təsvirinə və ya digər xüsusiyyətlərinə uyğun gələn heç bir məhbusun və ya amerikalı casusun İran həbsxanalarından azad edilmədiyi və ya dəyişdirilmədiyi müəyyən olunub”, – “Tasnim” açıqlamadan sitat gətirib.

Daha əvvəl Tramp özünün “Truth Social”dakı səhifəsində İranda 2024-cü ildə saxlanılan ABŞ vətəndaşının azad edildiyini açıqlayıb. Amerika lideri həmçinin Tehrana bu xoşməramlı jestinə görə minnətdarlığını bildirib, lakin azad edilən amerikalı qadının adını çəkməyib.

Report.