İran Səudiyyə Ərəbistanına ballistik raket atıb, ABŞ hərbi obyektlərinə zərbələr endirib

İran Səudiyyə Ərəbistanına ballistik raket atıb, ABŞ hərbi obyektlərinə zərbələr endirib

İranın Səudiyyə Ərəbistanındakı ABŞ hərbi bazasına ballistik raket buraxdığı ehtimal olunur.

“İran Səudiyyə Ərəbistanındakı ABŞ hərbi bazasına ballistik raket buraxıb”, – deyə o yazıb və əlavə edib ki, bu, “təxminən dörd aydan sonra İranın Səudiyyə Ərəbistanına qarşı ilk birbaşa zərbəsidir”.

İran İslam İnqilabı Keşikçiləri Korpusu isə (SEPAH) Küveyt ərazisindəki ABŞ hərbi obyektlərinə uğurlu zərbələr endirdiyini bildirib.

“Pilotsuz uçuş aparatları Əl-Udeyri düşərgəsindəki sursat anbarına, Əli əs-Salim aviabazasındakı qərargah binasına və mərmi anbarına, həmçinin Küveytdəki bir neçə rabitə qovşağına zərbələr endirib”, – deyə bəyanatda vurğulanıb.

SEPAH həmçinin İordaniyadakı ABŞ hərbi obyektlərinə də uğurlu zərbələr endirildiyini açıqlayıb:

“Pilotsuz uçuş aparatları İordaniyadakı Əl-Əzraq bazasında yanacaq çənlərinə də zərbələr endirib”.

Report.