İran Xəzər dənizinin cənub sahilindəki limanlarını gücləndirir və Rusiyanı ikitərəfli ticarətin Ukrayna zərbələrindən təhlükəsizliyini təmin etmək üçün analoji tədbirlər görməyə çağırır.
Bu barədə İranın birinci vitse-prezidenti Məhəmməd Rza Aref Tacikistanda Rusiyanın Baş naziri Mixail Mişustinlə görüşündə bildirib.
“Biz ölkəmizin şimal limanlarını mənfi təsirlərdən azad edirik. Və biz xahiş etdik ki, Rusiya Federasiyası da Xəzər dənizindəki cənub limanlarını gücləndirsin”, – Aref qeyd edib.
Report.