İran hakimiyyəti bildirib ki, ilin əvvəlində baş vermiş müharibə zamanı Su-24 qırıcılarının qəzaya uğramasından sonra ölkənin Hərbi Hava Qüvvələrinin üç pilotu Qətər qüvvələri tərəfindən əsir götürülüb.
Bu barədə İran Silahlı qüvvələrinin generalı Məhəmməd Baqerzade bildirib.
Onun sözlərinə görə, pilotlar artıq təxminən altı aydır Qətər qüvvələrinin nəzarəti altındadır. Bununla yanaşı, onlara ailələri ilə görüşməyə və ya əlaqə saxlamağa icazə verilmir.
M.Baqerzade hərbçilərin azad edilməsi üçün Beynəlxalq Qızıl Xaç Komitəsinə müraciət edərək tədbir görülməsini xahiş edib.
Report.