İran ordusu Hörmüz boğazında özünün təyin etdiyi qaydaları pozan gəmilərə hücum edib.
Cask və Qeşmdəki partlayış səsləri də bununla əlaqələndirilib.
“Bu bölgələrdə eşidilən səslər Hörmüz boğazında qaydaları pozan gəmilərin cəzalandırılmasından qaynaqlanır və bu regionda heç bir partlayış baş verməyib”, – məlumatda qabardılıb.
“Xatəm-əl-Ənbiya” mərkəzi qərargahı isə ABŞ ordusuna xəbərdarlıq edib:
“ABŞ ordusuna xəbərdarlıq edilir ki, təhlükəsizliyin pozulması, İran gəmilərinə qarşı maneə törədilməsi və dəniz mühasirəsi davam edərsə, İslam Respublikası Silahlı Qüvvələrinin bölgədəki ABŞ hərbi gəmilərinə qarşı zərbələri əvvəlkindən daha şiddətli olacaq və bunun genişlənməsi ehtimalı da mövcuddur”.
Report.