İran ordusu ABŞ-nin Küveytdəki bazalarına PUA hücumu təşkil edib

İran ordusu ABŞ-nin Küveytdəki bazalarına PUA hücumu təşkil edib

İran ordusu ABŞ-nin Küveytdəki bazalarına pilotsuz uçuş aparatları (PUA) ilə hücum təşkil edib.

Bu barədə ordunun mətbuat xidmətinin açıqlamasında deyilir.

Bildirilib ki, zərbələr “düşmənin davamlı təcavüzlərinə, körpülərə, infrastrukturlara və mülki ərazilərə hücumlara cavab olaraq” endirilib.

Məlumata görə, hücumlarda ABŞ ordusunun Əl-Udeyd düşərgəsindəki sursat anbarı, Küveytdəki “Əli əs-Salim” bazasındakı “Patriot” və hava radarları hədəf alınaraq məhv edilib.

Report.