İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ Hərbi Dəniz Qüvvələrinin (HDQ) qanadlı raketlər və “Aegis” döyüş sistemi daşıyan DDG-119 və DDG-53 döyüş esmineslərini hücuma məruz qoyub.
“İslam İnqilabı Keşikçiləri Korpusunun Hava-Kosmik Qüvvələri cəzalandırma əməliyyatında qanadlı raketlər və “Aegis” daşıyan DDG-119 və DDG-53 döyüş esmineslərinə ballistik raketlərlə hücum edib. Bu hücum nəticəsində həmin gəmilərə ciddi ziyan dəyib”, – SEPAH-ın bəyanatında vurğulanıb.
Daha əvvəl SEPAH ABŞ-nin İordaniyadakı F-35, F-16, F-15 qırıcılarının təmir-texniki xidmət, hazırlıq, dislokasiya anqarı və qırıcı sığınacaqlarını hədəfə aldığını açıqlayıb.
Report.