İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ Hərbi Dəniz Qüvvələrinin Bəhreyndəki 5-ci donanmasının yanacaq çənlərinin məhv edildiyini bildirib.
“Regionun neft və qaz ixracı ya hamı üçündür, ya da heç kim üçün”, – SEPAH-ın bəyanatında deyilir.
Əlavə edilib ki, ABŞ Hind okeanı vasitəsilə dünyaya neft və qaz ixracı yolunu bağlayıb və bu, Amerikanın iqtisadi rəqiblərinin maraqlarını təhlükə altına salıb: “Belə olan halda onlar Vaşinqton və müttəfiqlərinin maraqlarını təmin edən digər ixrac marşrutunun bağlanmasını gözləməlidirlər”.
SEPAH daha əvvəl ABŞ-nin Küveytdə hücuma məruz qalan obyektləri barədə məlumat yayıb.
Report.