İranın Hörmüzqan vilayətinin şərq hissəsi və Sirikdə partlayışlar qeydə alınıb.
Bu barədə “Mehr” agentliyi məlumat yayıb.
“Çərşənbə günü Sirik şəhəri ərazisində bir neçə partlayış səsi eşidilib”, – məlumatda bildirilib və əlavə edilib ki, Fars körfəzi və Oman dənizi akvatoriyasında partlayış səsləri Hörmüz boğazında baş verən atışmalarla bağlıdır.
Qeyd olunub ki, Bəndər Abbasda, sahilyanı ərazilərdə və Fars körfəzi adalarında vaxtaşırı eşidilən səslər də Hörmüz boğazındakı toqquşmalarla əlaqədardır:
“Bir neçə dəqiqə əvvəl Delran dairəsindəki ərazi də Amerika qoşunları tərəfindən atəşə tutulub”.
Report.