İran Hörmüzü keçmə qaydalarını pozan gəmilərin müsadirə edilə biləcəyini açıqlayıb

İran Hörmüzü keçmə qaydalarını pozan gəmilərin müsadirə edilə biləcəyini açıqlayıb

İran Hörmüz boğazından keçərkən qayda pozuntularına yol vermiş gəmilərə qarşı məhdudlaşdırıcı tədbirlər görmək, cərimə sanksiyaları tətbiq etmək və onları müsadirə etmək niyyətindədir.

Bu barədə “X” sosial şəbəkəsində İranın Hörmüzdə Gəmiçiliyə Nəzarət İdarəsi məlumat yayıb.

“[Qayda pozuntularına yol vermiş gəmiləri] boğazdan sonrakı istifadələri zamanı pul cərimələri, saxlanılma və ya müsadirə də daxil olmaqla, məhdudlaşdırıcı tədbirlər təhlükəsi gözləyir”, – məlumatda bildirilib.

İdarə həmçinin vurğulayıb ki, Fars körfəzi akvatoriyasına və əks istiqamətdə yükdaşıma həyata keçirən gəmi sahiblərinə mümkün çətinliklərdən yayınmaq üçün qayda pozucularının reyestrini nəzərdən keçirmək tövsiyə olunur.

Report.