Hörmüz boğazından keçid tariflərin və müharibə təzminatının ödənilməsi şərtinə bağlanıb.
Bu barədə İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sözçüsü İbrahim Rezai bildirib.
“Hörmüz boğazının təhlükəsizliyi üzrə strateji fəaliyyət” layihəsinin araşdırılmasının davamında aşağıdakı məsələlər deputatlar tərəfindən təsdiqlənib”, – o bildirib və əlavə edib ki, sığorta və bank zəmanətnaməsinin alınması məcburidir.
Bundan başqa, sığorta və xidmət tariflər, İranla müharibədə iştirak etmiş gəmilər tərəfindən təzminat ödənilməlidir:
“Müharibə dövründə hər hansı formada İrana zərər vurmuş ölkələr təzminat ödəmək barədə İranla razılığa gəlməlidirlər, əks halda onların boğazdan keçmələri üçün icazə verilməyəcək”.