İran Hörmüz boğazı ilə bağlı yeni təklif irəli sürüb

İran Hörmüz boğazı ilə bağlı yeni təklif irəli sürüb

İran Hörmüz boğazından Omana gəmilərin hərəkəti üçün yeni həll yolu təklif edilib.

Bunu İranın xarici işlər nazirinin müavini Kazım Qəribabadi deyib.

“Hörmüz boğazının minalardan təmizlənməsi məsuliyyəti İranın üzərinə düşür”, – Qəribabadi qeyd edib.

O həmçinin bildirib ki, İran Omanın suverenliyini pozmaq niyyətində deyil: “İran Hörmüz boğazı üzərindəki suverenliyini istənilən vasitə ilə müdafiə edəcək və heç bir halda bu boğazın cənub marşrutunu qəbul etməyəcək”.

İran;n XİN-in rəsmisi ABŞ ilə danışıqlar mövzusuna da toxunub. “Bu günə qədər biz ABŞ ilə İslamabad razılaşması çərçivəsində heç bir danışıqlar aparmamışıq”, – o vurğulayıb.

K.Qəribabadinin sözlərinə görə, İran ABŞ ilə danışıqlar barədə heç bir tələb irəli sürməyəcək.

Report.