İran Ermənistanla energetika sahəsində əməkdaşlığı genişləndirir

İran Ermənistanla energetika sahəsində əməkdaşlığı genişləndirir

Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri David Xudatyan İranın xarici işlər nazirinin müavini Həmid Qənbərini qəbul edib.

Görüş zamanı energetika, nəqliyyat və yol tikintisi sahələrində Ermənistan-İran əməkdaşlığı məsələləri müzakirə olunub.

Qeyd olunub ki, tərəflər həmçinin Ermənistan–İran arasında 400 kV gərginlikli üçüncü elektrik ötürmə xəttinin tikintisinin gedişatına toxunublar və bu layihənin strateji əhəmiyyətini vurğulayıblar.

Xudatyan qeyd edib ki, onun Tehrana son səfəri zamanı geniş spektrli məsələlərin müzakirəsi və əldə olunan razılaşmalar yaxın gələcəkdə iki ölkə arasında əməkdaşlığın daha da dərinləşməsinə imkan verəcək:

Report.