İran cari ilin qarşıdakı dövründə benzin idxal etməyəcək

İran cari ilin qarşıdakı dövründə benzin idxal etməyəcək

İran 2026-cı ilin qarşıdakı dövründə xaricdən benzin idxal etməyəcək.

Bunu İranın birinci vitse-prezodenti Məhəmmədrza Arif ölkədəki elmi-siyasi, sosial, iqtisadi və beynəlxalq vəziyyətə habelə, sosial kapitalın gücləndirilməsi və əhalinin rifah vasitələrinin təmin edilməsi ilə bağlı problemlərin həlli strategiyasına həsr olunan toplantıda deyib.

Məlumata görə, görüşə qatılanlar əhalinin idarəetmədə, xüsusən onların dolanışığı ilə birbaşa bağlı olan qərarların qəbulunda iştirakı vasitəsilə sosial kapitalın artırılmasının vacibliyini vurğulayıblar.

M.Arif bildirib ki, xüsusilə iqtisadiyyat və ümumi rifahla bağlı mühüm qərarların qəbulunda dövlət aparatı daxilində qarşılıqlı anlaşmanın formalaşdırlması və əhalinin də bu prosesə cəlb edilməsi vacibdir.

Report.