İran BMT Təhlükəsizlik Şurasını ABŞ-ın zərbələri fonunda fəaliyyətsizlikdə ittiham edib.
Bu barədə İranın BMT yanında daimi nümayəndəsi Əmir Səid İrəvaninin BMT-nin Baş katibinə və Təhlükəsizlik Şurasının sədrinə ünvanladığı məktubda bildirilib.
Diplomatın sözlərinə görə, Təhlükəsizlik Şurasının fəaliyyətsizliyi səbəbindən ABŞ İrana qarşı “təcavüz aktları və hərbi cinayətlər” törətməyə davam edir, bununla da BMT Nizamnaməsini, beynəlxalq hüququ və beynəlxalq humanitar hüququn normalarını pozur.
İrəvani həmçinin iddia edib ki, ABŞ zərbələri dinc əhaliyə və mülki infrastruktur obyektlərinə, o cümlədən körpülərə və dəmir yollarına endirilir.
Report.