İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-ın Bəhreyndəki hərbi obyektlərini uğurla məhv etdiyini açıqlayıb.
Bu barədə SEPAH məlumat yayıb.
Qeyd olunub ki, həyata keçirilən zərbələr nəticəsində ABŞ-a məxsus pilotsuz uçuş aparatlarının (PUA) saxlanıldığı anbar vurulub.
Həmçinin SEPAH iddia edir ki, İranda hədəflərin müəyyənləşdirilməsi üçün istifadə olunan “əsas süni intellekt mərkəzi” tamamilə məhv edilib.
Vurğulanıb ki, hücum zamanı İran Silahlı Qüvvələri ballistik raketlərdən və pilotsuz uçuş aparatlarından istifadə edib.
Report.